Amerikan Klemenson universitetinin 18 tələbəsi Mini şirkəti üçün konsept hazırlayıb. Deep Orange 7 adını almış avtomobil holoqrafik displeyi olan “süzən” cihazlar panelinə və qeyri-adi baqaj bölümünə sahib olub.

Tələbələr tərəfindən yaradılmış konseptin əsas qayəsi 2025-ci ildəki Mini modellərinə baxışı nümayiş etdirməkdir. Deep Orange 7 prototipi mövcud olmayan modul arxitekturalı platformada inşa edilib və ölçüləri dəyişən mühərrikə malikdir. Avtomobilin yığıldığı modullar əvəzediləndir. Güc aqreqatı olaraq hybrid sistemdən, daxili yanaca mühərrikindən və elektromühərrikdən istifadə etmək mümkündür.

Konseptin salonunda boş məkanı genişləndirmək məqsədi ilə, ön elektrik mühərrikinin soyutma sistemi güc strukturunun boşluğunda yerləşdirilib. Protoip iki baqaj bölümünə malikdir – onlardan biri arxada, dogəri isə, avtomobilin ön hissəsində açılan alın şüşəsinin altında yerləşdirilib. Konsept cihazlar paneli və multimedia sisteminin rolunu ifa edən Mini Face interaktiv platformaya sahibdir.

Fərdi köməkçi ilə təchiz edilmiş sistem sürücünün istəklərini təhlil edərək, məlumatı holoqrahik displeyə üçqatlı “dərinli” olan  görüntü şəklində ötürür.

Deep Orange 7 prototipi xüsusi “rəqəmsal” boya ilə rənglənmişdir ki, seçilmiş hərəkət rejimindən asılı olaraq, kuzovun rəngini və şüşələrin şəffaflığını dəyişmək olur. Məsələn, pilotsuz rejimdə şüşələr tamamilə qeyri-şəffaf, idman rejimində isə sürücünü yaxşı görünüşlə təmin etmək üçün 100% şəffaf ola bilərlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt