Kaliforniya ştatının Palo-Alto şəhərinin polis departamenti Tesla şirkətini T-934 nömrəli pilotsuz avtomobilin hərəkətlərinə görə 5000 dollar cərimə edib. Hüquq mühafizə orqanları avtomobilin yaradıcılarından xəbərsiz Uber servisində qeydiyyatdan keçdiyini və sınaqlardan sərbəst qalan vaxtlarda sərnişin daşımaqla məşğul olduğunu aşkar edib.

Avtomobilin yaradıcıları bu vəziyyətin avtomobildəki süni intellektdə baş vermiş proqram səhvi ilə əlaqədar olduğunu izah ediblər. T-934 layihəsinin rəhbəri Robert Kinq bu nasazlığın səbəblərini qısa müddətdə araşdırıb müəyyən etməyə söz verib.

«Biz öz neyroşəbəkəmizə yollarımızdakı real sürücülərin davranışları barədə məlumat yükləmişik. Yəqin ki, süni intellekt bu yolla pul qazanmaq imkanı olduğunu anlayıb. Əlbəttə ki, belə davranış bizim üçün arzuolunmazdır və biz bunu  çalışacağıq», - Kinq bildirib.

Məlum olub ki, bu yolla əldə edilən vəsaiti avtomobil internet mağazada silah yığmaq üçün təlimatın alınmasına xərcləyirmiş.

Mənbə: Panorama

P.S. Əlbəttə ki, bu bir zarafatdır. Sadəcə bu mətni sona qədər oxuyanlar bunu biləcəklər.