İtaliyanın Carrozzeria Touring Superleggera atelyesi sosial şəbəkələrdə Touring Aero 3 modelinin xarici görünüşünü qismən açıqlayan bir neçə şəkli yerləşdirib. Yeni avtomobilin dizaynı 1930-cu ilin Alfa Romeo 8C 2900 B Speciale Tipo Le Mans modelinin üslubunda hazırlanıbdır. Böyük ehtimalla, Touring Aero 3 modelinin əsasını Alfa Romeo 8C Competizione modeli təşkil edir.

Hələlik, tarixi Alfa Romeo 8C 2900 B Speciale Tipo Le Mans ilə mənəvi əlaqəsi istisna olmaqla, Touring Aero 3 haqqında demək olar ki, heç nə məlum deyil. Orijinal berlinetta xüsusi olaraq marafon üçün inşa edilmişdi, lakin bir sıra hadisələr onun potensialını açmağa imkan verməyiblər. Yarışın 19 saatından sonra qəflətən avtomobilin təkəri partlamış, nəticədə Raymond Sommeri və Klement Biondettinin komandası əvvəlcədən planlaşdırılmamış pit-stop etməyə məcbur olmuşdu. Bundan sonra, 2,9-litrlik səkkizsilindrli  mühərrikin klapan mexanizmi xarab olmuşdu.

Avtomobil Le Man marafonunda 19 nömrəsi ilə çıxış edib və eyni nömrə Touring Aero 3 modelinin ön qanadlarında həkk ediləcəkdir. Şəkillərdən göründüyü kimi, kupe parlaq qırmızı kuzov rənginə və inkişaf etdirlmiş  aerodinamik kuzov dəstinə sahib olacaqdır. Böyük ehtimalla, xırda seriya ilə buraxılmış Disco Volante Touring Superleggera modeli kimi, Touring Aero 3 kupesi də Alfa Romeo 8C Competiizione modelinin şassisi üzərində inşa ediləcəkdir. Avtomobil, 450 at qüvvəsi və 480 Nm fırlanma anı hasil edən 4,7-litrlik V8 ilə hərəkətə gələcəkdir.