Bu dəfə səbəb koronavirus deyil. Toyota şirkəti Yaponiyadakı beş zavodunda yeddi istehsal xəttini bağlayacağını açıqlayıb. Bu qərarın qəbil edilməsinə səbəb "bazardakı vəziyyət və xarici tələbin azalması" səbəb olub. Məcburi tətillər aprel ayının əvvəlində başlayacaqdır.

6 aprelə qədər Hamurdakı müəssisənin birinci xətti işləməyəcəkdir. Takaoka zavodunun birinci xətti və Tsutsumi zavodunun iki xətti aprelin 7-dək boş qalacaqdır. Təharədəki zavodun birinci xəttini aprelin 10-na, üçüncünü isə 14-nə qədər dayandıracaqlar. Nəhayət, 15 aprelə qədər şirkətin Kyusyudakı ilk istehsal xətti dayanacaqdır. Bu meydançalarda Toyota Prius, 4Runner, RAV4, Corolla, Camry, Land Cruiser Prado, eləcə də bir neçə Lexus modeli və Hino yük maşınları istehsal olunur.

Toyota şirkətinə istinad edən Automotive News Europe nəşri xəbər verir ki, bu dayanmalar səbəbindən avtomobillərin istehsalı təqribən 36 min ədəd azalacaqdır. Bununla yanaşı, mütəxəssislər bu il qlobal avtomobil bazarının son 10 ildə əldə edilən ən pis nəticəni göstərəcəyini gözləyirlər.