Toyota şirkəti Tayvan bazarında satılacaq Corolla sedanının GR (Gazoo Racing) tərəfindən hazırlanmış idman versiyasını təqdim edib. Gazoo Racing bölməsi zsedanın xarici görünüşünü təkmilləşdirmək ilə məhdudlaşmayıb, həm sedanın dizaynını, həm də texniki hissəsini modernləşdirib. Xüsusilə model, təkmilləşdirilmiş asqı sisteminə və ötürmələr qutusunun sükanaltı dəstəklərini əldə edib.

Standart Toyota Corolla sedanı Tayvanda 23.4 min dollara, Corolla Altis GR Sport idman versiyası isə 4,3 min dollar baha satılacaqdır. 27,7 min dollara idman kuzov dəsti, havalandırma kəsikləri olan yeni ön bamper, 17-düymlük təkər diskləri, iki rəngli tərtibata malik olan interyer və güclü yan dəstəyi olan oturacaqlar ilə təchiz edilmiş sedanı almaq olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Asqı sisteminin modernləşdirilməsi nəticəsində Corolla Altis GR Sport modeli döngələrdə daha dayanıqlı, sükan idarəetməsi isə daha kəskin olub. Alıcılara sedan iki modifikasiya təklif olunur: 1,8-litrlik mühərrikə əsaslanan 122 at qüvvəli hibrid qurğusu ilə təchiz edilmiş variant, və yaxud eyni həcmli 140 at qüvvəli atmosfer mühərriki ilə təchiz edilmiş modifikasiya. Transmissiya - elektromexaniki variatordur.

Corolla dünyada ən çox tələb edilən avtomobillərindən biridir: 2019-cu ildə modelin qlobal satışları 1,236,380 ədəd olub.