Toyota şirkəti Corwn modelinin 65 illik yubileyini qeyd etmək üçün, onun yenilənmiş variantını və iki xüsusi versiyasını hazırlayıb. Məhdud saylı tirajla buraxılacaq xüsusi seriyalardan olan avtomobillər yalnız Yaponiya bazarında satılacaqdırlar. Yeniliklərin arasında Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən multimedia sistemi də vardır.

Artıq qeyd etdiyimiz kimi, Toyota Crown modelinin RS Limited və RS Four Limited adlandırılmış xüsusi versiyaları məhdud saylı tirajla buraxılacaqdırlar. Hər iki versiyada sedan 18-düymlük təkər diskləri, salonun müxtəlif materiallarla tərtibatı və güclü yana dəstəyinə malik olan ön oturacaqlar ilə təchiz edilir. Avadanlıq siyahısına ön oturacaqların qızıdırılması funksiyası, kor zonalara nəzarət sistemi və arxaya hərəkət zamanı avtomatik əyləcləmə funksiyası daxil edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Toyota Crown modelinin S Elegance Style II və S Four Elegance Style II təchizat səviyyələrində isə, başqa dizayna malik olan 18-düymlük təkər diskləri quraşdırılır. Top versiyaların salon tərtibatında ağacdan dekor elementləridən və alkantaradan istifadə edilir.

Əvvəllər olduğu kimi, Toyota Crown modeli standart olaraq 245 at qüvvəli 2,0-litrlik turbomühərrik ilə təklif ediləcəkdir. Bundan başqa, sedanın mühərrik çeşidinə 2,5-litrlik (226 at qüvvəsi) və ya 3,5-litrlik (359 at qüvvəsi) atmosfer mühərriklərinin əsasında yaradılmış iki hibrid güc qurğusu daxildir.

Yponiyada Toyota Crown sedanı 4.7 milyon yendən (74,7 min manat) başlayan qiymətlərlə satılır.