Toyota şirkəti üçölçülü installyasiyanın köməkliyi ilə dördüncü nəsil Highlander modelinin tizerini nümayiş etdirib. Özündə 3D-illuziyanı təmsil edən art-obyekt tilov ipinə asılmış 200 ayrı elementdən ibarətdir. Yeni avtomobilin kütləvi debütü bu ayın ortasında keçiriləcək Nyu York avtosalonunda baş tutacaqdır.

Üçölçülü insallyasiya rəssam Maykl Merfi tərəfindən yaradılıbdır. Onun hazırlanması prosesi iki ay çəkib.  Dizayner renderi 3D-çap materialının yaradılmasını, hər bir elementin əl ilə boyanmasını və optik illüziyaların yaradılması üçün bütün hissələrin ciddi ardıcıllıqla asılmasını tələb edib.

İlkin məlumata görə, yeni Toyota Highlander modeli TNGA modul platformasında inşa ediləcək, sələfindən daha iri və geniş olacaqdır. Ofrouderin eksteryeri son nəsil Toyota RAV4 modelinin dizayn üslubunda həll ediləcəkdir. Toyota Highlander modeli əvvəlki kimi 3,5-litrlik V6 mühərriki ilə təchiz ediləcəkdir. Bu mühərrikin təkmilləşdiriləcəyi də istisna edilmir. Tam çəkiş sistemi və səkkiz diapazonlu avtomatik qutu da modelin avadanlıq siyahısında qalacaqdır.