Toyota və Subaru şirkətləri GT86 və BRZ kupelərinin davamçılarını buraxmaqdan imtina ediblər. Bu barədə "Japanese Nostalgic Car" nəşri xəbər verib. Nəşr, belə xəbərin yaxın zamanlarda yapon "Best Car" jurnalının növbəti buraxılışında dərc ediləcəyini öyrənib.

İki yapon markasının birgə hazırladıqları modeldən imtina etməsinin səbəbi kimi yeni nəsil Supra modelinin debüt etməsi göstərilir. Yaponiyada Toyota Supra 197 at qüvvəli 2,0-litrlik dörd silindrli mühərriklə təklif ediləcəkdir. Bu, Supradan bir pillə aşağıda qərarlaşacaq Toyota GT86 modelində olduğundan səkkiz at qüvvəsi azdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt

"Japan Times" nəşrinin məlumatına görə isə, BRZ və GT86 modellərinin ikinci nəslinin buraxılması hər iki şirkətin istehsal planlarına daxil edilibdir. Qəzetin məlumatına görə, 2021-ci ildə debüt edəcək avtomobillər 2,4-litrlik mühərrik ilə təchiz ediləcəkdirlər.

Bundan başqa, ortamühərrikli Toyota MR2 modelinin davamçısının peyda olacağını da istisna etmir. Bu avtomobil də Subaru ilə birlikdə inşa edilə bilər. Əvvəllər Toyota şirkətinin model xəttində MR2, GT86 və Supra modellərinin olacağı bildirlirdi.