2018-ci ildə Toyota Hilux pikapının ilk nüsxəsinin buraxılmasından 50 il keçir. Bu əlamətdar tarixi qeyd etmək üçün yaponlar pikapın Z Black Rally Edition adlı versiyasını hazırlayıblar.

Pikapın tərtibatında qara-parlaq eksteryer elementlərindən geniş istifadə edilib. Avtomobilin radiator barmaqlığı, ön bamperinin alt hissəsi, güzgü gövdələri və qapı dəstəkləri qara-parlaq rəngə boyanıb. Pikapın 18-düymlük təkər diskləri də qara rəngə malikdir. Bundan başqa, təkər tağları da rənglənməmiş qara plastikdən genişləndiricilərə sahib olublar.

Toyota Hilux Z Black Rally Edition modeli 17 dekabr tarixindən başlayaraq yalnız Yaponiyada satılacaqdır. Pikap 150 at qüvvəsi hasil edən 2,4-litrlik dizel mühərriki ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt