Bu gün Arabian Drive portalında 300 indeksi ilə tanınan yeni nəsil Toyota Land Cruiser ofrouderinin şəkillər yayımlanıb. Dərc edilmiş şəkillərdə bağlı dayanacaqda düzülmüş və fərqli kuzov rənginə malik olan avtomobillər təsvir olunur.

Yeni şəkillərdəki Toyota Land Cruiser 300 modeli keçən ilin payızda yapon dərgiləri tərəfindən dərc edilmiş təsvirlərdəki avtomobil ilə eyni görünüşə malikdir. Nəsil dəyişikliyi ilə, məşhur yapon ofrouderi tanınan formasını qoruyacaq, ancaq daha qabarıq kapotu, yeni bamperləri, üfüqi zolaqları olan yeni radiator barmaqlığını və dinamik dönmə siqnalları olan LED işıq texnikasını əldə edəcəkdir. Arabian Drive nəşrinin bildirdiyinə görə, yeni ofrouder ölçüləri 17 ilə 20 düym arasında dəyişən təkər diskləri ilə təklif ediləcəkdir.

İlkin məlumatlara görə, yeni Land Cruiser ramasını itirəcək və TNGA arxitekturasına əsaslanacaqdır. Bundan əvvəl avtomobilin ölçüləri barədə detallar ortaya çıxıb: onun uzunluğu 20 millimetr artaraq 4970 millimetrə, eni beş millimetrə qədər artaraq 1985 millimetrə qədər çatacaqdır.

Eyni zamanda avtomobilin hündürlüyü 10 millimetr azalaraq 1870 millimetrə bərabər olacaqdir. Land Cruiser 300 modelinin oxları arasındakı məsafə 2900 millimetr olacaq ki, bu da mövcud modeldə olduğundan 50 millimetr çoxdur.

Dəyişikliklər ofrouderin mühərrik çeşidinə də təsir göstərəcəkdir: köhnəlmiş 4.6-litrlik V8 mühərriki 415 at qüvvəli 3,5-litrlik altısilindrli V35A-FTS biturbo mühərriki ilə əvəzlənəcəkdir. Alternativ olaraq, 3.3-litrlik dizel mühərriki də təklif ediləcəkdir.

Bundan əlavə, Land Cruiser 300 modeli üçün tərkibinə 3,5-litrlik benzin aqreqatının və bir elektrik mühərrikinin daxil olduğu hibrid güc qurğusu ilə də təchiz ediləcəkdir. Hibrid aqreqatın ümumi gücü təxminən 480 at qüvvəsi olacaqdır. 

Eyni zamanda, Land Cruiser modelinin GR-S indeksli "qaynar" versiyasının buraxılacağı da bildirilib. “Qaynar” ofrouder differensial kilidlərinə, asqının kinetik sabitləşdirmə sistemini və ofroud şinləri olan 18-düymlük təkər disklərini alacaqdır.

İnsayderlər yeni nəsil Land Cruiser modelinin təqimatının yazın sonuna qədər baş tutacağını bildiriblər. Ofrouderin istehsalına 1 iyul tarixində başlanacaqdır və konveyerdən ilk çıxan avtomobilin benzin modifikasiyaları olacaqdır. Dizel mühərriki ilə təchiz edilən ofrouderlərin istehsalına bir müddət sonra start veriləcəkdir.