Yapon Yahoo portalı Land Cruiser 300 ofrouderinin bəzi təchizat səviyyələri üçün gözləmə müddətinin beş illik həddə yaxınlaşdığını iddia edir, buna görə də Toyota qeyri-populyar tədbirlər görməyə məcburdur. Nəşr müraciətlərin emalı müddətinin belə uzun olmasının, sifariş və çatdırılma zamanı ofrouderlərin təchizatının fərqli ola biləcəyindən xəbər verir.

Toyota şirkəti Land Cruiser 300, Lexus LX və NX modellərinə sifarişlərin qəbulunu dayandırıb. Brendin Yaponiyadakı rəsmi saytında, alınan sifarişlərin sayının "istehsal imkanlarını ciddi şəkildə üstələyir" mesajı peyd olub. Bu səbəbdən də, Toyota bu modellərə verilən öncədən sifarişləri dayandırmaq qərarına gəlib. Satış məhdudiyyətinin nə qədər davam edəcəyi məlum deyil - Toyota bu barədə müştərilərinə ayrıca məlumat verəcəyini vəd edib.

Tələbin sürətlə artmasına baxmayaraq, Toyota şirkəti Land Cruiser 300 ofrouderinin qiymətini qaldırmayıb - Yaponiyada ofrouderin qiyməti 5,1 milyon yen - 8,0 milyon yen ( 64 – 100 min manat) arasındadir.

Eyni zamanda, ikinci əl bazarda qiymətlər yalnız 18 milyon yendən (225 min manat) başlayır. Toyota, ofrouderin alıcılarına müəyyən müddət ərzində avtomobili satmayacaqları barədə iltizamı imzalatmaqla, möhtəkirlərə qarşı mübarizə aparır.

Lexus markasına gəlincə, LX ofrouderləri və NX krossoverləri LC 300 modelindən sonra satışa çıxarılıb, lakin premium brend daxil olan sifarişlərin öhdəsindən gələ bilmir. Yəqin ki, yapon korporasiyası hələ də yarımkeçiricilərin qıtlığından əziyyət çəkir, lakin “sadələşdirilmiş” avtomobilləri satmaq istəmir.

Hazırda Land Cruiser 300 modeli yalnız Yaponiyadakı Aiçi zavodunda yığılır, lakin yaxın gələcəkdə ofrouderləri Çində, FAW-Toyota birgə müəssisədə də yığa bilərlər. İki müəssisədəki paralel istehsal yapon konserninə artan tələbatın öhdəsindən gəlməyə kömək edə bilər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.