Toyota konserni Lexus brendi altında dəbdəbəli yaxta buraxmaq fikrinə düşüb. Bu barədə Yaponiyada keçirilən beynəlxalq qayıq və yaxtalar sərgisində çıxış edən şirkətin vitse-prezidenti Şigeki Tomoyama bildirib.

Yaxtanın işlənib-hazırlanması ilə Toyota şirkətinin dəniz bölməsi və Marquis-Larson Boat Group tərsanəsi məşğul olacaqdır.  Qayığın gediş yuxarı göyərtəsində açıq meydança, aşağı göyərtəsində isə 15 qonağı qəbul edəcək dəbdəbəli kayuta olacağı ehtimal edilir. Yeni yaxtanın əsası olaraq, 2017-ci ildə Mayamidə keçirilən yaxtalar və qayıqlar sərgisində nümayiş etdirilmiş Lexus Sport Yacht konsepti götürüləcəkdir.

Mayamidə nümayiş olunan 12,7 metrlik Lexus Sport Yacht konseptini Lexus LC 500 sportkarından alınmış iki səkkiz silindrli mühərriklə təchiz edilibdir. Yaxtanın əsasını karbondan hazırlanmış konstruksiya təşkil edir. Yardıcıların sözlərinə görə, karbon seçiminin qayığın çəkisini karbon lifi ilə gücləndirilmiş platsikdən hazırlanmış bənzərinə nisbətən min kiloqram azaltmağa imkan veribdir.

Yaxtanın qabarit uzunluğu 12,7 metr, eni isə 3,85 metrdir. Lexus Sport Yacht qayığı səkkiz nəfəri qəbul etmək imkanına malikdir. Lexus GS F sedanı və RC F kupesindən yanış olan iki 477 at qüvvəli atmosfer tipli V8 mühərrikləri qayığa 49 dəniz mili (79 km/saat) sürəti ilə hərəkət etmək imkanı verir.

Qayıq quraşdırılmış taçskrin displeyi olan şturval vasitəsi ilə idarə edilir. Kapitanın önündə lazım olan məlumatı almaq üçün daha bir iri displey mövcuddur.  Konseptin təchizatına soyuducu, duş kabinası, 4G LTE şəbəkəsini dəstəkləyən multimedia sistemi və Mark Levinson premium səs sistemi daxil edilmişdir. 

Image alt Image alt Image alt Image alt