Toyota şirkəti Nyu Yorkda keçiriləcək avtosalonda şimaliamerikan bazarı üçün hazırladığı yeni Yaris hetçbekini nümayiş etdirəcəkdir. Əslində yeni hetçbek ön tərəfinin tərtibatı və loqotipləri dəyişdirilmiş Mazda2 modelidir. Bununla belə, hetçbekin interyeri və texniki hissəsi dəyişilməz qalıb.

Yeni Toyota Yaris sələfindən bir qədər iri olub: yeni hetçbek daha geniş təkər bazasına və ümumi uzunluğa malikdir. İstehsalçı hetçbekin baqaj həcminin 450 litr olduğunu iddia edir ki, bud a onu orta ölçülü sedanlara yaxın edir. Modelin standart təchizatına 16-düymlük təkər diskləri, güzgü və qapı dəstəklərinin kuzov rənginə boyanması, duman əleyhinə fənərlər və mühərrikin işə salınması düyməsi daxildir.

Image alt Image alt Image alt Image alt

Bundan başqa, yeni Yaris modeli yeddi düymlük displeyi olan, Apple CarPlay, Android Auto və Bluetooth əlavələrini dəstəkləyən multimedia sistemi, toqquşmaları xəbərdar edən sistem və electron yardımçılar dəsti ilə də təchiz edilir. Bahalı XLE səviyyəsi oturacaqların süni dəri ilə tərtibatını, klimat-kontrolun və LED fənərlərin quraşdırılmasını nəzərdə tutur.

Güc aqreqatı Mazda2 ilə eynidir – bu, 107 at qüvvəsi və 140 Nm fırlanma anı hasil edən 1,5-litrlik Skyactiv-G mühərrikidir. Güc aqreqatı altı diapazonlu “avtomat” ilə tandemdə çalışır. Yeni Toyota Yaris modelinin istehsalı Mazda şirkətinin Meksikadakı zavodunda həyata keçiriləcəkdir.