Toyota şirkəti Rusiya bazarında RAV4 modelinin 25 illik yubileyinə həsr etdiyi xüsusi seriyadan olan krossoveri təqdim edib. Xatırladaq ki, Toyota RAV4 modelinin ilk nəsli 1993-cü ildə Tokyoda keçirilmiş avtosalonda debüt edib. RAV4 25th Anniversary adi krossoverdən eksteryer detallarına, emblemləri və standart təchizata daxil edilmiş ödənilmiş trafiki olan internet-modemlə fərqlənir.

Xüsusi seriyadan olan krossoverləri bamperlərdəki parlaq əlavələri, güzgülərin qara rəngli gövdəsi, yeni dizaynlı 18-düymlük təkərlərin və arxa dayaqdakı “25th Anniversary”emblemləri sayəsində tanımaq olar. “Yubiley” versiyası Comfort təchizat səviyyəsinə malik olan krossoverin bazasında yaradılıbdır. Bu modifikasiyanın təchizatına işıqdiodlarından fənərlər, baqaj qapısının elektrik ötürməsi, Yandex.Auto platformasında olan multimedia sisyemi və arxa görüntü kamerası daxildir.

“Yubiley” krossoveri 146 at qüvvəli 2,0-litrlik və 180 at qüvvəli 2,5-litrlik benzin mühərrikləri və qoşulan tam çəkiş sistemi ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt