Toyota şirkəti Çikaqoda keçirilən avtosalonda TRD Pro xəttinin yeni üzvü Sequoia TRD Pro modelini təqdim edib. Model müdafiə panelləri olan təkmilləşdirilmiş asqıya, yenilənmiş məlumat-əyləncə sisteminə və yenidən tənizmlənmiş səsboğucu sistemə sahib olub.

Toyota Sequoia TRD Pro modeli adi ofrouderdən dempfirləşdirmənin tədricən artan xarakteristikaları və daxili buraxılış klapanları olan Fox amortizatorları ilə  seçilir. Ön amortizatorlar yeddi sıxılma və iki qaytarma zonalarına malikdir və gedişin 18 millimetrlik artırılmasını təmin edirlər. Arxada isə, zərbədən müdafiəsi olan iki konturlu dayaqlar quraşdırılıb. Çəkinin azaldılması üçün amortizatorların gövdəsi anodlaşdırılmış alüminiumdan hazırlanıb.

Sequoia TDR Pro modelinin təchizatına tamamilə işıqdiodlarından hazırlanmış fənərlər, alüminiumdan hazırlanmış pillələr və 18-düymlük BBS təkər diskləri, asqının müdafiə panelləri,  təkmilləşdirilmiş səsboğucu sistem və qara rəngli çıxış boruları daxildir.Avtomobilin salonunda Aple CarPlay və Android Auto əlavələrini, Amazon Alexia səs yardımçısını, Bluetooth protokolunu dəstəkləyən premium multimedia sistemi quraşdırılıb.

Toyota Seqouia TRD Pro modeli 386 at qüvvəsi və 544 Nm fırlanma anı hasil edən 5,7-litrlik i-Force V8 mühərriki və altı diapazonlu avtomatik transmissiya ilə təchiz edilir. Ötürmə - Torsen differensialı, iki pilləli paylaşdırıcı qutu və aşağı pillələr cərgəsinə malik olan Multi-Mode 4WD sistemidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ofrouderin standart təchizatına TSS-P təhlükəsizlik sistemləri kompleksi daxildir. Bu sistemin tərkibinə piyadaları aşkar edərək qəzaları önləyən sistem, zolaqda saxlama funksiyası, tam dayandırma funksiyası olan aktiv kruiz-kontrol, avtomatik uzaq işıqlar daxildir.