Toyota C-HR krossoveri artıq dörd ildir ki, konveyer həyatı yaşayır. Yapon istehsalçısı modelin plan üzrə yenilənməsini həyata keçirib. Yenilənmiş krossover yeni ön bamperə, aşağı hissəsi yenilənmiş arxa bamperə sahib olub. Artıq krossover tamamilə işıqdiodlarından hazırlanmış ön və arxa fənərlərlə standart olaraq təchiz edilir. Gündüz hərəkət işıqları ilə birləşdirilmiş dönmə işıqları əsas fənərlərin üzərində yerləşdirilib.

Modelin mühərrik çeşidinə ikinci hibrid güc qurğusu da daxil edilib. Bu aqreqat yeni nəsil Toyota Corolla modelindən tanışdır. Bu, elektromexaniki variator və elektromotor ilə tandemdə çalışan Dynamic Force ailəsindən olan 2,0-litrlik mühərrikdir. 

Image alt Image alt Image alt Image alt Image alt

Hibrid qurğunun maksimal hasilatı 184 at qüvvəsidir. Bu modifikasiya bu günə olan ən güclü Toyota C-HR modelidir. Yeni modifikasiya daha sərt xarakteristikala malik olan asqı ilə də təchiz edilir. Məlum məsələdir ki, 115 at qüvvəli 1,2-litrlik turbomühərrik, 148 at qüvvəli 2,0-litrlik atmosfer mühərriki və 122 at qüvvəli hibrid qurğu öz yerlərində qalıblar.

Bundan başqa, yenilənmiş C-HR salonun gücləndirilmiş səs izolyasiyasına, yenidən tənzimlənmiş sükan gücləndiricisinə, həmçinin Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən yeni multimedia sisteminə sahib olub.