Toyota şirkəti Avropa patent bürosunda Corolla Cross adını qeydiyyatdan keçirib. Böyük ehtimalla, bu ad Toyota Corolla hetçbekinin «yolsuzluq» modifikasiyasına veriləcəkdir. Çox güman ki, Corolla janrın ənənələrinə uyğun olaraq artırılmış klirensə, təkər tağlarının, kandarların və bamperlərin plastikdən müdafiə əlavələrinə malik olacaqdır.

Əgər yapon istehsalçısının model xəttindəı belə bir avtomobil peyda olarsa, avtomobilin əsas rəqibləri Ford Focus Active, Subaru Crosstrek, Volkswagen Golf Alltrack və Chevrolet Spark Active modelləri olacaqdır. Hazırda məhz belə kross-hetçlər böyük populyarlığa malikdirlər. Çox güman ki, Toyota da bu bazar seqmentindən öz qənimətini almaq niyyətidnədir.

Hələlik model haqqında heç bir məlumat mövcud deyildir. Ehtimala görə, Toyota Corolla Cross 2,0-litrlik atmosfer mühərriki və yaxud 1,8-litrlik turbomühərrik ilə təchiz ediləcəkdir. Güc aqreqatları altı pilləli mexaniki və yaxud Direct Shift-CVT variatoru ilə tandemdə çalışacaqdırlar.

Toyota Corolla hetçbekinin on ikinci nəsli bu ilin martında debüt edib. Yeni model TNGA modul platfırmasında inşa edilibdir. Payızda keçiriləcək Paris avtosalonunda Corolla Touring Sports və Corolla Hybrid modellərinin təqdimatı baş tutacaqdır. Əvvəllər Corolla modelinin hetçbek variantı Avropada Auris adı ilə satılırdı.