Məlumdur ki, 1 aprel tarixi ümundünya zarafat günüdür. Bu gündə avtomobil aləmində də maraqlı məlumatlara rast gəlmək olar. Məsələn,Toyota şirkətinin avstraliya ofisi 1 aprel “Gülüş gününə” xüsusi HiAce miniveni hazırlayıb. Bu minivenin yumşaq tavanla təchiz edilmiş versiyasıdır. Kabrioletdən 2019 ədəd buraxılacağı da bildirilib.

Toyota Australia Hi Ace miniveninin istənilən versiyasını kabrioletə çevirməyi təklif edir. Bu qısa bazalı versiyadan tutmuş 12 yerlik uzunbazalı versiya da ola bilər. Şirkət bu avtomobil sayəsində yeni müştəriləri cəlb edəcəyindən əmindir. Avtomobildən təkcə ticarət nümayəndəlikləri və kuryerlər üçün deyil, həmçinin sahil boyu gəzintilər üçün istifadə etmək olar.

Miniven opsional olaraq, miniveni PieAce sobası ilə də təchiz etmək olar. Arxa qapıda quraşdırılmış sobadan kökə və steyklərin bişirilməsi üçün istifadə etmək olar. Sobanın idarə edilməsi düymələri sükan çarxında yerləşdirilib. Yeməyin hazır olması barədə məlumat isə cihazlar panelinə çıxarılır.

Image alt Image alt Image alt Image alt