Yaponiya Aerokosmik Agentliyi 2035-ci ilə qədər Ayda hidrogen yanacağının istehsalına başlayacağını bəyan edib. Bu yanacaqla Toyota tərəfindən hazırlanan Ay roverləri təmin ediləcəkdirlər.

Yapon alimləri hidrogenin Ayda əldə edilməsi və emalının, onun Yerdən gətirilməsindən daha ucuz başa gələcəyini hesab edirlər. Yerin təbii peykində suyun olmaması onları narahat etmir – alimlərin bildirdiyinə görə, peykdə buz yataqları olmalıdır. Tədqiqatçıların gəmisinin Ay səthində hərəkəti və stansiyanın özünü təmin etməsi üçün gündə təxminən 37 ton su lazımdır. Belə həcmlərin peykin özündə hasil edilməsi daha ucuz başa gələ bilər.

Yaponiyanın kosmik agentliyi JAXA və Toyota konserni keçən yayda əməkdaşlıq haqqında müqavilə imzalayıblar.Bu ildən başlayaraq Toyota şirkəti Ay roverinin yaradılmasına start verib. Avtomobil istehsalçısının modellərindən birinin əsasında inşa ediləcək Toyota Lunar Cruiser modelinin prototipi Yerdə sınaqdan keçiriləcəkdir. 2030-cu ilədək Toyota ilk Lunar Cruiser roverini Yerin peykinə göndərməyi planlaşdırır.