Toyota və Suzuki şirkətləri yeni alyansın formalaşdırılması barədə razılaşmaya gəliblər. Bu razılaşma çərçivəsində Toyota Suzuki şirkətinin 4,9 faizini 907 milyon dollara satın alacaqdır. Suzuki isə, öz növbəsində Toyota şirkətinin açıq satışda olan səhmləri üçün 453,6 milyon dollar ödəyəcəkdir.

Toyota və Suzuki şirkətlərinin əməkdaşlıq etmək barədə niyyətləri 2019-cu ilin martında bəlli olub. Ehtimala görə, bu ittifaq hər iki markanın bazardakı mövqelərini möhkəmləndirəcəkdir. Lakin, bu alyans yapon brendlərinin istehsalatın müxtəlif sahələrində rəqib qalacağını istisna etmir.

«Alyansın məqsədi iki şirkət arasında avtonom idarəetmə sistemləri də daxil olmaqla, yeni sahələrdə uzunmüddətli tərəfdaşlıq əlaqələrinin yaradılması və inkişafıdır», - Toyota şirkətinin mətbuat xidməti bildirib.