Toyota Yaponiya bazarına Yaris Cross GR Sport modelinin Gazoo Racing idman bölməsinin mütəxəssisləri tərəfindən hazırlanmış yeni versiyasını çıxarıb. Zavod tüninqinə gücləndirilmiş kuzov, hündürlüyü aşağı salınmış asqı, yenidən tənzimlənmiş sükan idarəetməsi və bir sıra digər təkmilləşdirmələr daxildir.

Nəticədə krossover daha dayanıqlı olub, idarəetmə kəskinləşib, qaz pedalının basılmasına reaksiya vaxtı azalıb, sürətlənmə dinamikası yaxşılaşıb. Zahiri cəhətdən, Toyota Yaris Cross GR Sport modelini fərqli tərtibatı olan radiator barmaqlığı və qırmızı əyləc supportları ilə seçilir.

İlk dəfə iki il bundan əvvəl təqdim edilən Toyota Yaris Cross krossoveri eyni adlı hetçbekin əsasında inşa edilib və TNGA-B modul platformasına əsaslanır. Benzin və hibrid modifikasiyalar arasından seçim etmək təklif olunur: birinci halda avtomobil 120 at qüvvəli 1,5-litrlik mühərrik, ikinci halda isə, 91 at qüvvəli 1,5-litrlik benzin aqreqatı və 80 at qüvvəli elektrik mühərriki ilə hərəkətə gəlir. 

Yaris Cross krossoverinin artıq bir xüsusi versiyası var - bu, yüngül ofroud üçün hazırlanmış Yaris Cross Adventure modifikasiyasıdır. Bu versiya güclndirilmiş kuzovu və interyer tərtibatı ilə fərqlənir. İndi Yaris Cross ailəsi Gazoo Racing bölməsi tərəfindən hazırlanmış “idman” versiyası ilə genişləndirilib.

Yaris Cross GR Sport modelinin altında üç əlavə köndələn çubuq quraşdırılıb ki, bu da kuzovun burulmaya qarşı sərtliyini yaxşılaşdırmağa xidmət edir.

Bundan başqa, krossover orijinal yayları və amortizatorları, bir santimetr qısaldılmış asqını, Falken FK510 SUV şinləri taxılmış 10-qollu təkər disklərini alıb. Zahiri cəhətdən Toyota Yaris Cross Sport modeli radiator barmaqlığının yeni torşəkilli tərtibatı və arxa diffuzorun imitasiyası ilə seçilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Salonda daha güclü yan dəstəyi və kombinə edilmiş üzlükləri olan idman oturacaqları var. Standart sükan çarxı üç qollu variantla əvəz edilib, pedallara alüminium örtmələri quraşdırılıb, ötürmələr qutusunun selektoru dəri ilə örtülmüş və GR loqosu ilə bəzədilmişdir. Kuzovda da eyni emblem var.

Toyota Yaris Cross GR Sport modelinin Yaponiyadakı satışlarına avqustun 8-də başlanacaqdır. Yeni versiyanın qiyməti də artıq açıqlanıb: Sort indeksli krossover 2.367.000- 2.750.000 yen arasında qiymətlə satılacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.