Toyota Yaris təkcə Avropa və Yaponiyada satılan yığcam hetçbek deyil. Ucuz Vios sedanının müxtəlif versiyaları bir neçə ildir ki, inkişaf etməkdə olan ölkələrin bazarlarında bu ad altında satılır. Özü də, ən son Yaris Ativ modeli 5 il bundan əvvəl Taylandda debüt edib, bu isə nəsil dəyişikliyinin vaxtının çatdığından xəbər verir. Yeni Yaris Ativ hələ də ən əlçatan Toyota rolunu oynasa da, potensial alıcıların istəklərini daha çox nəzərə alır.

Thai People’s Beloved Car (“Tayların sevimli avtomobili”) konsepsiyası fastbək üslubunda dizaynı, geniş salonu, çoxsaylı opsiyalar dəstini, aşağı istismar dəyərini və rəqəmsal xidmətlərə çıxışı ehtiva edir.

Yaris Ativ modeli DNGA platformasına əsaslanır və sələfindən bir qədər böyükdür. Lakin onun dizaynı hazırkı Toyota üslubuna tam uyğundur, buna görə də subkompakt qismən “böyük” Corolla və Camry modellərinə bənzəyir. Bəyan edilmiş aerodinamik müqavimət əmsalı 0,284-dür.

Toyota Yaris Ativ standart olaraq LED fənərlər, 16-düymlük yüngül lehimli təkər diskləri, yeddi düymlük virtual cihazlar paneli, səkkiz düymlük displeyi olan mediasistemi və mühərriki işə salma düyməsi ilə təchiz edilir.

Daha yüksək təchizat səviyyələrində USB portları, ön kamera, adaptiv kruiz-kontrol, premium səs sistemi və incə hissəcik filtri olan iqlim qurğusu var. Sedan üçün üç üslub paketi təklif olunur: Chiaro (zəngin xrom bəzək), Lusso (iki rəngli yan ətəklər və spoyler) və Presto (Sport versiyasının oxşarı).

Yeni modelin baza mühərriki 94 at qüvvəsi və 110 Nm fırlanma anı hasil edən 1.2-litrlik atmosfer aqreqatıdır. Transmissiya - pillələrin dəyişməsini simulyasiya edə bilən Super CVT-i variatorudur.

Standart olaraq, sedan idarəetmə rejimlərinin üçmövqeli selektoru (Eco, Normal, Sport), sükanın elektrik gücləndiricisi və bütün təkərlərdəki disk əyləcləri ilə təchiz olunur. Əlbəttə ki, ABS və elektron sabitləşdirmə sistemi də var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Qiymətlər də məlumdur. Yaris Ativ Sport modelinin başlanğıc modifikasiyasının qiyməti 536.000 (25.800 manat), ən yüksək səviyyəli Premium Luxury versiyasının isə 689.000 (33.200 manat) tay batıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.