Osaka (Yaponiya) keçirilən avtosalonda Toyota Racing Development (TRD) bölməsi GR Supra Performance Line Concept TRD prototipini nümayiş etdirib. “Bərkgedən” Supra modelinin carçısı olan konsept karbondan hazırlanmış aerodinamik kuzov dəstinə və yeni disklərə sahib olub.

Supra kupesinin TRD versiyası adi modeldən vinqletləri olan karbon spoyleri, yan aerodinamik əlavələri və ətəkləri, arxa hava yönləndiriciləri və spoyleri ilə seçilir. Konsept üçün xüsusi olaraq 19-düymlük döymə alüminium disklər hazırlanıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Toyota Supra BMW Z4 ilə eyni mühərrikə malikdir. Bu aqreqat 340 at qüvvəsi hasil edən 3,0-litrlik altı silindrli turbomühərrikdir. Güc aqreqatı sükanaltı dəstəklər vasitəsi ilə pillələri dəyişmək imkanına malik olan səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. 

Sportkupe 60 mil/saat (96 km/saat) həddinə 4,1 saniyəyə sürətlənir ki, bu da onu ən yeyin Toyota avtomobili edir. Müqayisə üçün, BMW Z4 modeli bu işə 4,5 saniyə sərf edir. Supra modelinin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb.