Cupra markası üçün xüsusi olaraq hazırlanmış ilk avtomobil kupeşəkilli krossover ola bilər. İspan markasının şef-dizayneri Alexandro Mesonero-Romanosun bildirdiyimə görə, avtomobil gələn il debüt edəcəkdir. Bu barədə «Autocar» nəşri məlumat verib.

«Yeni brendi tədricən inkişaf etdirmək gərəkdir, - Mesonero-Romanos bildirib. - Bir Cupra adını ayrıca brendə çevirməyi qərarlaşdırdığımız zamanı qarşımızada iki yol var idi: 100% yeni brend altında yaradılmış avtomobili gözləmək, yaxud kiçik addımlar atmaq. Belə Cupra Ateca modeli meydana gəldi». 

Dizayn və mühəndislik nöqteyi-nəzərindən yaradılmış əsl Cupra modelini Mesonero-Romanos gələn il təqdim edəcəklərini də qeyd edib. Cupra Ateca modeli 300 at qüvvəsi hasil edən 2,0-litrlik turbomühərrik ilə təchiz edilir. Güc aqreqatı yeddi pilləli iki muftalı DSG robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır.