Dacia şirkəti Paris avtosalonunda yeni 1,3-litrlik turbomühərrikinə sahib olan Duster modelini təqdim edib. Yeni mühərrik Renault-Nissan alyansının DaimlerAG ilə birgə məhsuludur. Yaxın həftələrdə yeni mühərrikli Duster modelinin öndənçəkişli variantlarına sifarişlərin qəbulu başlanacaqdır. Tamçəkişli variant isə gələn ilin yayında satışa çıxarılacaqdır.

Yeni 1,3-litrlik turbomühərrik artıq Renault Scenic, Kadjar və Mercedes-Benz A-Class modellərində quraşdırılır. Bir müddət bundan öncə, Nissan Qashqai da yeni mühərriklə təklif edilməyə başlanıb.

Dacia Duster modelində quraşdırılacaq mühərrik iki güc variantında – 130 (240 Nm) və 150 (250 Nm) at qüvvəsi ilə təklif ediləcəkdir.  Yeni mühərriklə yanaşı, Dacia Duster yenilənmiş MediaNav Evolution multimedia sistemini də əldə edib. Sistem Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyir və digər tətbiqlərin quraşdırılmasına imkan verir.

Image alt Image alt Image alt Image alt