Freightliner şirkəti iki elektrik yük avtomobilini təqdim edib

Daimler konserninin tərkibinə daxil olan Freightliner yük avtomobilləri istehsalçısı iki elektrik yük avtomobilini təqdim edib. Bunlardan biri iri yedəkçi, digəri isə orta tonnajlı avtomobildir. Bundan başqa, Daimler konserni dünya üzrə elektrik yük avtomobillərinin istehsalına cavabdeh olan E-Mobility Group bölməsinin yaradıldığını bəyan edib.

Freightliner eCascadia “səkkizinci sinifdən” olan kapotlu yedəkçisi Cascadia seriya yük avtomobilinin bazasında yaradılıbdır. Amerikan təsnifatında ağır və uzaqməsafəli yedəkçilər belə adlanır.

Lakin, dizel mühərrikinin əvəzinə kapotun altına 730 at qüvvəsinə malik olan elektromotor yerləşdirilib. Dörd ton ağırlıqa malik olan 550 kilovat-saatlıq batareyaya malik olan yük avtomobili  tam enerji yüklədikdən sonra  400 kilometr qət etmək iqtidarındadır.

Bu, elektromobillər üçün yaxşı göstərici olsa da, uzaq məsafəli yük avtomobilləri üçün çox azdır. Güclü elektrik yükləmə stansiyasında batareyanın 80 faizini doldurmaq üçün saat yarım vaxt gərəkdir.

İkinci avtomobil isə yerli yükdaşımalar üçün nəzərdə tutulmuş Freightliner eM2 106 modelidir. Yük avtomobili 325 kilovat-saatlıq batareyaya və 480 at qüvvəli elektromotora malikdir. Onun yürüş ehtiyatı isə 370 kilometr təşkil edir. Batareyanın 80 faizini doldurmaq üçün bir saat vaxt tələb olunur.

Bu il hər iki modeldən olan 30 yük avtomobilinin Şimali Amerikada sınaq istismarına başlanacaqdır.

Elektrik yük avtomobillərinin seriya istehsalına 2021-ci ildə start veriləcəkdir.

ДРУГИЕ СТАТЬИ