Skoda şirkəti rəsmi olaraq Çin bazarı üçün nəzərdə tutulmuş kupeşəkilli Kodiaq GT krossoverini təqdim edib. Məlumdur ki, çex istehsalçısı Çin bazarında Kamiq, Karoq və Kodiaq krossoverlərini təklif edir. Kodiaq GT Skoda şirkətinin Çində satılacaq dördüncü krossoveri olacaqdır. Yeni kupe-kross 16-25 oktyabr tarixlərində keçiriləcək Quançjou avtosalonunda debüt edəcəkdir.

Skoda Kodiaq GT modelinin qabarit uzunluğu 4630 millimetr, eni – 1880 millimetr, hündürlüyü isə 1650 millimetrdir. Kupeşəkilli krossover adi Kodiaq modelindən 67 millimetr qısa, iki millimetr ensiz və beş millimetr alçaqdır. Təkər bazasının genişliyi hər iki modeldə eynidir - 2791 millimetr.

Image alt Image alt Image alt

Kodiaq GT modelinin mühərrik çeşidinə 186 və 220  at qüvvəsi hasil edən 2,0-litrlik turbomühərrik  daxil edilibdir. Güc arqeqatı yeddi pilləli DSG robotu ilə tandemdə çalışacaqdır. Modelin təchizatına rəqəmsal cihazlar paneli,Wi-Fi giriş nöqtəsi MirrorLink, Baidu Carlife və Apple CarPlay tətbiqini dəstəkləyən multimedia sistemi,  inteqrasiya edilmiş başlıqları olan idman oturacaqları, panoram tavan və işıqdiodlarından fon işıqlandırması daxil olacaqdır.