İsveç Rallisində liderliyini davam etdirən Hyundai komandasının belçikalı pilotu Tyerri Nyövil bu gün yarışa qalibiyyətə əsas namizəd olaraq başlayacaqdır.

Şənbə günü keçirilmiş yarışda belçikalı səkkiz xüsusi hissədən dördündə qalib olub. Lakin, əsas Tyerri ciddi səhv etməyərək liderliyini möhkəmləndirib. Xatırladaq ki, keçən il o axşam keçirilən tamaşaçı dopunda kiçik bir səhv nəticəsində avtomobilini zədələmiş və qələbə uğrunda mübarizəni tərk etmişdir. 

Bazar günü keçiriləcək üç dopdan sonra Hyundai pilotunun üstünlüy 22,7 saniyə təşkil edir. «Hər şey keçən il olduğundan yaxşı gedir. Bizim üçün əla gündür, - Nyövil bildirib. - Avtomobil əla işləyirdi. Bəli, səhər bir balaca problem yaranmışdır. Hesab edirəm ki, mən həqiqətən vəziyyətdən razı qala bilərəm. Komandaya böyük təşəkkür edirəm!».

Citroen komandasının irlandiyalı pilotu Kreq Brin özünün WRC çempionatında ən yaxşı nəticəsinə doğru gedir. O yarışı ikinci olaraq davam etdirir.  Səhər bölümü boyu Brin baş klassifikasiyada öz mövqeyini möhkəmləndirməyə müvəffəq olub. Dopların əksəriyyətini ilk üçlükdə tamamlayan irlandiyalı Andreas Mikkelsendən 9,3 saniyə uzaqlaşmağı bacarıb. Norveçlı özü isə 16,5 saniyə komanda yoldaşı Heyden Paddondan irəlidədir.

İlk beşliyi İsveç Rallisinə Citroen komandasına dəvət edilmiş Mads Ostberq tamamlayır. O, norveçlidən bir dəqiqə geridədir. C3 WRC avtomobilində debüt edən norveçli pilot yaraışı sabit və rəvan şəkildə davam etdirir. Keçən il çempionata qayıdan və İsveçdə ilk qələbəsini əldə edən Toyota komandası bu il çətin ki o uğuru təkrar etsin.

Toyota pilotlarında ən yeyini olan Esapekka Lappi yalnız altıncı yerdə yarışı davam etdirir. İsveç mərhələsinin keçən ilki qalibi Yari-Matti Latvala komanda yoldaşına 57,5 saniyə geridə qalaraq yeddincidir. İlk onluğu Teemu Suninen, Ott Tyanak və Sebastyen Ojye tamamlayır. /n qəribəsi də odur ki, Tyanak Kris Miklə toqquşub. Bu ralli üçün tam nonsensdir.