Hyundai pilotlarının dueti birinci günün səhər bölümündən sonra Dünya ralli çempionatının ikinci mərhələsi olan İsveç Rallisində liderlik edirlər.

Şeykdaunda tempi müəyyən etmiş Tyerri Nyövil komanda yoldaşı Andreas Mikkelseni 3,7 saniyə qabaqlayır. Hər iki pilot keçirilmiş dörd xüsusi hissədən birində qalib gəlsələr də, bu servis-parka qayıdarkən dublu qeydə almaq üçün kifayət edib. “Qar çox olduğuna görə səliqləi pilotaja üstünlük verdim, - Nyövil öz çıxışını şərh edib. – Hər bir avtomobildən sonra yol daha yaxşı vəziyyətə gəlirdi və mən bu üstünlükdən istifadə etdim”.

XH4-dən sonra yarışı üçüncü yerdə liderdən 5,3 saniyə geridə qalan Toyota pilotu Esapekka Lappi davam etdirir. O, ən yaxın rəqibi Citroen komandasının norveçli Mads Ostberqi 2,1 saniyə üstələyir. İlk beşliyi norveçli pilotun komanda yoldaşı Kreq Brin tamamlayır. Qarlı trassada ilk yola çıxan qüvvədə olan dünya çempionu Sebastyen Ojye günün birinci yarısını 11-ci olaraq tamamlayıb. O, Nyövildən 47 saniyə geridədir.