Hyundai Motorsport komandasının ilk asfalt rallisinə hazırlığı qeyri-adi hadisə ilə yadda qalıb. Ralli Tur de Kors Rallisinə hazırlaşan komanda Bastiya şəhərindən 50 kilometr aralıda test sessiyasını həyata keçirib.

Test sessiyasının son günündə Hyundai i20 Coupe WRC yarış avtomobilinin sükanı arxasında Hyundai Motorsport komandasının belçikalı pilotu Tyerri Nyovill olub. Döngələrin birinə gərək olduğundan sürətli girən belçikalı avtomobili yolun hüdudlarında saxlaya bilməyib. Avtomobil yoldakı körpüyə çatmamış yoldan çıxaraq çaya tərəf yuvarlanıb.

Yarış avtomobilinin heyəti zədə almasa da, testlər bununla bitib.

“O körpüdən öncəki döngədən çox geniş çıxıb, komanda nümayəndəsi izahat verib. – Bunun ardınca avtomobil yoldan çıxaraq körpünün yanından sürüşərək çaya yuvarlanıb. Heyət qaydasındadır”. Nyovill bu sınaqlarda iştirak edən sonuncu pilot olub.

Bundan öncə, keçirilmiş iki test günündə avtomobili Dani Sordo və Andreas Mikkelsen idarə edib.

Image alt Image alt