Hyundai pilotu Tyerri Nyövil şənbə günü səhər bölümündə problem yaşamasına baxmayaraq İsveç Rallisində liderlik etməyə davam edir.

İlk xüsusi hissədə belçikalının avtomobilində pillələrin avtomatik ötürülməsi ilə problem yaşanıb, sonra isə onun avtomobili yerində fırlanıb. Buna baxmayaraq, Nyövil servis-parka ən yaxın təqibçisindən 5,9 saniyə üstünlüklə gəlib. Bu Citroen komandasının pilotu Kreq Brin olub.

«Mən yerində dönmənin qarşısını almaq heç nə edə bilmədim, - Hyundai pilotu və günün lideri Tyerri Nyövil şərh verib. - Brin çox yeyindir, lakin vəziyyət nəzarət altındadır». Nyövilin komanda yoldaşı Andreas Mikkelsen XH10-da buraxdığı səhvdən sonra ikincilikdən üçüncülüyə geriləyib. 

«Mən qar yığnına toxundum və avtomobil yerində fırlandı. Bu mənə 15 saniyəyə başa gəldir», - norveçli öz səhvini izah edib.

Hyundai komandasının üçüncü pilotu Heyden Paddon beşinci gün tutduğu tempi saxlaya bilməyib və yenidən Brini irəli buraxıb. Lakin, yeni zelandiyalı Mikkelsenə 1,6 saniyə uduzur. 11 xüsusi hissədən sonra ilk beşliyi liderdən 21,5 saniyə geridə qalan Mads Ostberq tamamlayır.

Qüvvədə olan dünya çempionu Sebastyen Ofye zaman itirməyə davam edir. O, artıq Nyövilə üç dəqiqə uduzur və 11-ci yerdə yarışı davam etdirir.