Ferrari şirkəti öz planlarını gizli saxlamağı bacarır. Bu günə qədər məlum olanlar, italyan markasının Purosangue krossoverini, bir neçə hibrid sportkarı və hətta tamamilə elektriklə hərəkətə gələn modeli hazırladığıdır. Doğrudur, sonuncunun 2025-ci ildən əvvəl debüt edəcəyini gözləmək lazım deyil. Odur ki, Ferrari markasının gələcək avtomobilləri barədə mülahizə yürütmək çətindir.

Lakin, sənaye dizayneri olan Mürrey Şarpın bununla razı deyil. O, Ferrari LaFerrari modelinin layiqli varisini hazırladığını hesab edir və biz onunla razılaşmaya bilmərik.

Dizaynerin yaratdığı Ferrari Stallone (italyancadan tərcümədə “ayğır”) hiperkarı italyan markasının əsas dəyərlərini – ehtiras və sürəti özündə cəmləyə bilib. Əlbəttə ki, superkar əfsanəvi Rosso Corsa rənginə boyanıbdır. Beləliklə, Mürrey Şarp əfsanəvi LaFerrari modelinin mənəvi varisini hazırladığımı düşünür. “Bu hiperkar Ferrari markasının ən yüksək zirvəsində yerləşən LaFerrari modelinin varisi olacaqdır”, - dizayner bildirib.

Əgər hiperkara diqqətlə baxsaq, bu konsepti LaFerrari hiperkarı ilə bağlayan bir sıra oxşar cəhətləri görə bilərik. İti formalı kapot və onun altında yerləşən iki iri havalandırma dəlikləri əfsanəvi hiperkarın pərəstişkarlarına tanış gələcəkdir. Yan hava girişləri, xarakterik profil və unikal üfüqi elementlərə malik olan arxa fənərlər LaFerrari modelinin futurustik qövslərinə bənzəyir. Məlum məsələdir ki, bu hiperkar da hibriddir və onun möhtəşəm V12 mühərriki KERS sistemi ilə təchiz edilib.

Avtomobilin beş qollu təkər diskləri iti görünüşə malikdirlər, kuzovda isə karbondan geniş istifadə olunub – xüsusilə də, ön və arxa hissədə. Daha bir maraqlı element - buraxılış sisteminin ucluqlarının yerləşməsidir – onlar mühərrik bölümündən yuxarı çıxırlar. Bir sözlə, konsept Ferrari pərəstişkarlarını həyəcəlandıracaq görünüşə malikdir.

“Ferrari Stallone layihəsinin mənim portfoliomda xüsusi yeri var,-  Mürrey Şarp bildirib. – Əslində, bu layihənin yaranmasına üzləşdirim məyusluq səbəb olub, çünki bilik və istedadım ilə çox şeylərə qadir olduğumu düşünürdüm. Bu layihəyə başlayarkən, hər kəsə nələr yarada biləcəyimi göstərmək istəyirdim. Bu, mənim yaratdığım ən əhəmiyyətli dizayndır”.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

 “Bu layihəni hazırlamaq üçün 12 proqramdan istifadə etmişəm ki, onlardan altısı ilə ilk dəfədir ki, işləyirdim. Alias, Vray,Photoshop və Aftereffects kimi proqramlar da daxil olmaqla, bir çox proqramı yenidən öyrənməli oldum”, - Mürrey Şarp bildirib.

Mənbə: Behance