ABŞ-da fəaliyyət göstərən Gooding & Company hərracında 1953-cü ilin Chrysler Ghia kupesi satışa çıxarılıb. 70 il ərizndə bərpa olunmayan avtomobilin satışından 650.000 dollar əldə etmək planlaşdırırlar.

Hərraca çıxarılmış Chrysler Ghia kupesi 1953-cü ildə konveyer xəttini tərk edib. Unikal kupe 16 nüsxəlik məhdud saylı tirajla buraxılıb. Buraxılmış avtomobillərdən yalnız səkkizi qorunub-saxlanılıbdır. Bu kupenin unikallığı ondan ibarətdir ki, 67 illik tarixi ərzində avtomobil bərpa edilməyib və orijinallığını qoruyub. Eyni zamanda, retro avtomobil yaxşı vəziyyətdədir. Yaşla əlaqədar olaraq, avtomobilin ağ rəngli kuzovunda xırda cızıqlar, qırmızı dəri ilə üzlənmiş oturacaqlarda kiçik aşınmalar, sükan çarxında isə çatlaq vardır.

Image alt Image alt Image alt Image alt

70 illik tarixi ərzində Chrysler Ghia bir neçə ölkədə satışa çıxarılıb. Əvvəlcə avtomobil Fransada amerikalı bir jokey tərəfindən satın alınıb və ABŞ-a gətirilib. Unikal kupenin növbəti sahibi, modelin bamperi və radiator barmaqlığına əlavə qorunma ilə təmin edən San Marino sakini olub. 1979-cu ildə retro kupenin son sahibi ABŞ-da yaşayan avtomobil kolleksiyaçısı olub. Kolleksiyaçının sözlərinə görə, onun dövründə Chrysler Ghia cəmi 58 min kilometr məsafəni qət edib.

Kupenın kapotunun altında 180 at qüvvəli 5,4-litrlik V8 benzin mühərriki yerləşir. Mühərrik dörd pilləli yarım avtomatik transmissiya ilə tandemdə işləyir. Hal hazırda hərracda avtomobilin qiyməti 275 min dollara çatıb. Bununla birlikdə mütəxəssislərin fikrincə unikal kupenin həqiqi qiyməti 550.000-650.000 dollar arasında dəyişir. Satıcı, orijinal sənədləri unikal avtomobil ilə birlikdə verəcəkdir.