Tokyoda 2019-cu ildə buraxılmış qara rəngli Ferrari J50 superkarı satışa çıxarılıb. Qeyd etmək gərəkdir ki, J50 modeli 10 nüsxəlik məhdud saylı tirajla buraxılıb və onların hər biri sahibinin fərdi istəklərinə uyğun olaraq tərtib edilib. Qara rəngli kuzova və 692 kilometrlik yürüyüşə malik olan superkarın satışından 3,6 milyon dollar vəsait əldə etmək planlaşdırılır.

Ferrari J50 rodsteri 2016-cı ildə Tokyoda keçirilmiş xüsusi tədbirdə təqdim edilmişdi. Superkar italyan markasının Yaponiyadakı fəaliyyətinin 50 illik yubileyinin şərəfinə buraxılıb. Avtomobillərin hamısı Ferrari şirkətinin yapon müştərilərinə satılıb. Rodster karbonplastikdən dam, böyüdülmüş alın şüşəsi, nazik ön fənərlər, yumru formalı dörd arxa fənərlər və kiçik spoyler ilə təchiz olunub.

Yubiley seriyasından olan rodster Ferrari şirkətinin xüsusi layihələrə cavabdeh olan bölməsi tərəfindən yaradılıb. Rodsterin eksteryeri üzərində Maranelloda çalışan ən yaxşı mütəxəssislər çalışıblar. Ferrari J50 modelinin yaradılması zamanı əsas ideya keçən əsrin yetmişinci illərində dəbdə olan “targa” tipli kuzova qayıdış olub. 

Ferrari J50 rodsteri 488 Spyder modelindən əsasında yaradılıb və 690 at qüvvəsi (760 Nm) hasil edən 3,9-litrlik V8 turbomühərriki ilə hərəkətə gəlir. Yeddi pilləli “robot” ilə tandemdə çalışan mühərrik  J50 rodsterini 100 km/saat həddinə 3,4 saniyəyə sürətləndirir. Superkarın maksimal sürəti elektronika tərəfindən 325 km/saat həddində məhdudlaşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Satışa çıxarılan Ferrari J50 modelinin kuzovu və salonu qara rəngdədir. Satışıcının sözlərinə görə, iki illik istismar müddətində superkar cəmi 692 kilometr məsafə qət edib. Unikal avtomobilin sahibi 3,6 milyon dollar qarşılığında onunla sağollaşmağa hazırdır.