Miura Lamborghini markasının ilk superkarlarından biridir. Bu model müasir Aventador superkarının ulu babası sayılır. 1966-1973-cü illər arasında italyan markası Muira modelini 764 nüsxəlik tirajla istehsal edib ki, onlardan yalnız üçü SVj təchizat səviyyəsinə malik olublar. İndi belə kupelərdən biri satışa çıxarılıb.

Lamborghini Miura SVJ superkarının tarixi 1970-cu ildən başlayır. Məhz həmin ildə Lamborghni şirkətnin test-pilotu Bob Uollas P400 Jota adlı trek prototipini hazırlayıb. Növbət ildə superkar VIP-müştəriyə satılib və sonradan yol nəqliyyat qəzası nəticəsində məhv edilib.

Layihə Ferruçço Lamborginini o qədər də maraqlandırmasa da, avtomobil haqqında məlumat alan fanatlar bənzər təkmilləşdirmələr dəstini almaq arzusunda olduqlarını bildiriblər. Bir neçə transformasiya edilsə də, Sant’Aqata Bolonyezedəki zavodun qapısından yalnız üç SVJ superkarı çıxıb. Onları Miura ailəsinin ən son və ən ekstremal versiyası olan SV indeksli seriya modelinn bazasında inşa ediblər.

Satışa çıxarılan nüsxə onun ilk sahibi olmuş Fransuz Pol Ferrandinin şərəfinə “korsikalı” adlanır. Bu, 764 nüsxədə buraxılmış Miura modellərindən 5090 şassi nömrəsi olan 756-cı modeldır. 

Bir zamanlar onu boz-gümüş rəngə boyasalar da, sonradan avtomobili almış Kidston SA şirkət 2010-cu ildə superkara ilkin rəngini - Rosso Granada çalarını geri qaytarıb. Bərpa işlərinə ümumilikdə üç il sərf edilib və işlərə Lamborghini şirkətinin keçmiş əməkdaşları cəlb olunublar.

Bu günə avtomobilin odometrində 19.582 kilometrlik göstərici var. “Müqəddəs Qraalın” satış qiyməti açıqlanmasa da, onun təsiredici olacağından şübhə yoxdur. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Tarixi sevənlər üçün. Yuxarıda adı çəkilən P400 Jota modeli yeganə nüsxədə inşa edilmiş Miura SVR modelinin yaradıcılarının ilham mənbəyi olub. Üç il bundan öncə, Lamborghini şirkətinin Polo Storico bölməsi eksperimantal superkarı bərpa edib. Bərpa prosesi 19 ay çəkib.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.