İngilis Lanzante studiyası və Kaliforniyada fəaliyyət göstərən O'Gara Coach şirkəti növbəti birgə layihələrini - McLaren P1 HDK superkarını təqdim ediblər. HDK qısaltması High Downforce Kit kimi açıqlanır, daha güclü mühərrikləri və F1 GTR modelinin üslubunda aqressiv kuzov dəstləri ilə seçilən LM spesifikasiyasında olan iki F1 HDK modellərinə işarə edir. Bu, ikinci P1 HDK modelidir. Superkar dəbdəbəli yaşıl rəngə boyanmış və 24 karaqlıq qızıldan hazırlanmış emblemlərə malikdir.

The Quail, Motorsports Gathering sərgisində debüt edən hiperkar, Beverly Hills və San Diegodakı McLaren diler mərkəzlərinin sahibi olan Tom O'Qara tərəfindən sifariş edilib. Layihənin əsasını P1 superkarı təşkil edib.

Yeni kuzov panellərinin köməyi ilə superkar Lanzante atelyesinin başqa əsəri olan uzun quyruqlu McLaren P1 GT modelin bənzədilib. Avtomobilin aerodinamik dayağı trek superkarındakını təkrarlayır və böyüdülmüş splitteri, kəsikləri olan ön qanadları, iri arxa antiqanadı və nəhəng diffuzoru ehtiva edir.

McLaren P1 HDK modeli dəbdəbəli yaşıl kuzov rənginə, mühərrikdən istiliyin yönləndirilməsi ninyaxşılaşdırmaq üçün açıq arxa tərəfə, salonun qəhvəyi alkantara tərtibatına və 24 karatlıq qızıldan hazırlanmış emblemlərə malikdir.

Güc qurğusu haqqında heç bir məlumat verilməyib, ancaq P1 LM modelinə nəzər salsaq, əhəmiyyətli dəyişikliklərin olmayacağını güman etmək olar. Çox güman ki, superhibrid 3,8-litrlik V8 biturbomühərrikini və 200 at qüvvəli elektrik mühərrikini qoruyub saxlayıb.

Bununla belə, güc qurğusunun hasilatı 1000 at qüvvəsinə və 1050 Nm fırlanma anına (916 at qüvvəsi və 900 Nm idi) qədər artıra bilər.Bundan başqa, titan və istiliyədavamlı inkoneldən hazırlanmış buraxılış sistemi də quraşdırıla bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Eyni zamanda, P1 HDK ideoloji olaraq əcdadı F1 HDK modelini təkrarlayır. Belə superkarlar adi F1 modelindən F1 GTR yarış avtomobilindən götürülmüş 680 at qüvvəli mühərriki, High Downforce Kit kuzov dəsti dəsti, mərkəzi bağlamalı 18-düymlük təkər diskləri,daha yumşaq yayları və amortizatorları ilə fərqlənirdi. Ümumilikdə, iki F1 HDK inşa edilmişdi: onlar "073" və "018" şassi nömrəsi olan avtomobillərə əsasınırdılar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.