RM Sotheby’s hərrac evi yeganə nüsxədə buraxılmış Zonda Aether superkarını satıb. Damı olmayan və mexaniki ötürmələr qutusu ilə təchiz edilmiş superkar 6.182.000 dolara satılıb. Bu günə avtomobil hərracda satılmış ən bahalı Zonda modelidir.

Pagani Zonda Aether modelinin əsasını rodster kuzovlu versiya təşkil edir. Superkar 759 at qüvvəsinə malik olan 7,3-litrlik V2 AMG mühərriki ilə təchiz edilir. Güc aqreqatı klassik 6-pilləli mexaniki qutu ilə tandemdə çalışır. Adətən, Pagani AMG istehsalı olan V12 mühərrikini “robot” ilə təchiz edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Superkarın kuzovu karbon lifindən hazırlanıb, qırmızı işləmələri olan parlaq və tutqun rəngli karbon detallarla tərtib edilib.  Kuzovun arxa hissəsində iri antiqanad və təkər diskləri ilə eyni rəngə malik olan diffuzor quraşdırılıb.

İlkin olaraq, hərracın təşkilatçısı avtomobilin satışından 4,4-5,5 milyon dollar arasında vəsait əldə etməyi planlaşdırırdı. Lakin, Əbu-Dabidə keçirilən hərracda modelin qiyməti 6,1 milyona yüksəlib. Bu günə ən bahalı Zonda modeli titulu, keçən il təqdim edilmiş barketta kuzovlu avtomobilə məxsusdur. Horazio Paqani üç nüsxəlik tiraja, V12 mühərrikinə və mexaniki qutuya məxsus olan superkarın hər birinin 15 milyon avroya satılacağını bildirib.