Porsche şirkətinin Latın Amerikasındakı nümayəndəliyi Exclusive Manufaktur bölməsinə 911 Carrera S kabrioletinin xüsusi versiyasını sifariş edib. Xüsusi sportkar 1952-ci ildə Meksikada keçirilən La Carrera Panamericana yarışında iştirak etmiş Porsche 356 S modelinə həsr olunub. İdman avtomobili eksklüziv rəngli yumşaq dama, orijinal interyerə və açara sahib olub. Sportkar yeganə nüsxədə buraxılıb. O, gələn il hərracda satılacaq və əldə olunan gəlir xeyriyyə işlərinə sərf olunacaqdır.

Porsche 911 Carrera Panamericana Special sportkarı Porsche Latın America nümayəndəliyinin və Porsche de Mexico diler şirkətinin sifarişi ilə Exclusive Manufaktur bölməsi tərəfindən inşa edilib. Yeganə nüsxədə buraxılmış sportkar 1952-ci ildə Carrera Panamericana yarışında çıxış edən Porsche 356 S modelinin üslubunda tərtiba malik olan 911 Carrera S kabrioletidir. Meksika yol yarışları 1950-ci ildən 1954-cü ilə qədər keçirilib və məhz “11” nömrəli sportkar alman markasının finiş xəttini keçməyi bacaran ilk avtomobili olub.

1952-ci ildə La Carrera Panamericana yarışında 11 nömrəli Porsche 356 S Cabriolet Şahzadə Paul Alfons fon Metternix (FIA-nın gələcək Ümumdünya Avtomobil Klubunun prezidenti), braziliyalı Baron Manuel de Teffe və alman pilot Herbert Linge idarə edirdi. Onlar 23 saat 18 dəqiqə 15 saniyəyə zamanı ilə 25-ci olmuşdular

Xüsusi versiyanın əsas cəhəti Graffiti Grey rəngli yumşaq qatlanan damıdır. Belə çalar 911 modelləri üçün əlçatan deyil, ona görə də yaradıcılar parçanı 718 Spyder modelindən götürməli oldular. Orijinal 356 S modelində olduğu kimi, mühərrik qapağı da ağ rəngdədir, təkər diskləri isə, əl ilə Gentian Blue metallik  rənginə boyanıblar. Şirkətin əfsanəvi avtomobilinə başqa bir istinad isə, ön şüşədəki Porsche stikeridir.

Sportkarın oturacaqları Crayon Grey dəri ilə üzlənmiş və orijinal tikmənaxışlarla bəzədilmişdir. Ön panelin sərnişin tərəfindəki hissəsində “911 Carrera S La Carrera Panamericana 1952” yazısı var. Taxometrin və saatın siferblatı fərqli şəkildə tərtibata malikdirlər. Xarici işıqlandırma vasitəsilə Porsche 356 S dövlət nömrə nişanının dizaynı yola proyeksiya edilir. Sportkara “La Carrera Panamericana” sözləri həkk olunmuş açar və dəbli çexol əlavə olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

911 Carrera Panamericana Special modeli 450 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən standart 3,0-litrlik altısilindrli biturbo mühərrikilə təchiz edilir. Güc aqreqatı səkkiz pilləli PDK “robotu” ilə tandemdə çalışır. Sportkar 100 km/saata sürətlənməyə 3,9 saniyə sərf edir. Maksimal sürət 306 km/saatdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.