Amerikan iSeeCars portalı ən davamlı avtomobillərin reytinqini tərtib edib. Bu siyahıya sahibləri 200 min millik (322 min kilometr) yürüşdən sonra ciddi nasazlıqlardan şikayət etməyən fərqli markaların 16 modeli daxil olub. Reytinqi tərtib etmək üçün, mütəxəssislər 11,8 milyon istifadə olunmuş avtomobili təhlil ediblər və ilk onluqdakı altı yeri Toyota modellərinə veriblər.

Reytinqin lideri Toyota Land Cruiser ofrouderi olub. Portalın məlumatlarına görə, yapon ofrouderlərinin 16,3 faizi 200.000 millik yürüşdən sonra nazaslıqla üzləşmirlər. İkinci yeri 11,2 faizlik nəticə ilə Toyota Sequoia modeli tutur. İlk üçlüyü “yaponlardan” xeyli geridə qalan Chevrolet Suburban modeli tamamlayır: onun göstəricisi 5,1 faiz olub.

İlk onluqda daha dörd yer Toyota avtomobillərinə qismət olub: beşinci, altıncı, səkkizinci və doqquzuncu yerləri müvafiq olaraq, 4Runner SUV (4,1%), Avalon sedanı (3,9%), Highlander hibrid krossoveri (3,8%) və Tundra pikapı (3,7%) tutub. Qalan üç yeri amerikan avtomobilləri tutub: Ford Expedition (4,9%), Chevrolet Tahoe (3,9%) və GMC Yukon XL (3,6%).

Bundan əlavə, iki Honda avtomobili reytinqə daxil olmağı bacarıb: Ridgeline pikapı (3,4%) və siyahıda yeganə miniven olan Odyssey (2,9%) modeli. Bundan başqa, GMC Yukon modelinin XL indeksi olmayan (3,3%) versiyası və Lincoln Navigator (2,6%) siyahıya daxil ediliblər. Daha iki Toyota avtomobili - Tacoma və Prius modelləri müvafiq olaraq 2,8 və 2,6 faizlik nəticəni göstəriblər. Orta hesabla, tədqiq edilən avtomobillərin yalnız bir faizi 200 min millik məsafəni ciddi nasazlıq olmadan keçə biliblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

iSeeCars portalının icraçı analitiki Karl Bauer, Toyota avtomobllərinin üstünlük təşkil etdiyi reytinqin bir daha yapon markasının avtomobillərinin dözümlü və etibarlı olduğunu təsdiqlədiyin bildirib. Eyni zamanda, marka reytinqdəki model müxtəlifliyi ilə də fərqlənir.

Fevral ayının sonunda Consumer Reports, ən yaxşı avtomobil markalarının yeni reytinqini açıqlayıb və ilk yeri Yaponiyanın Mazda şirkəti tutub. Son reytinqdən bəri, Mazda, etibarlılıq göstəricisi və avtomobil sahiblərinin məmnuniyyəti sayəsində üç pillə irəliləməyə müvəffəq olub.