Amerikanın Velocity Restorations atelyesi 1973-cü ilin Ford Bronco modelinin bazasında inaş edilmiş restomodu təqdim edib. Ofrouderi tamamən sökərək onun kuzovunu bərpa etmiş, bütün əsas qovşaqlarını dəyişdirmiş və yenidən yığmışdırlar. Qiyməti 229 min dollar olan ofrouderin bərpasına 1500 saat sərf edilib.

“Bronko” modelinin üzərindəki işlər onun sökülməsindən başlayıb. Tüninq ustaları kuzovun pasdan təmizlənməsinə, yeni metal detalların hazırlanmasına və kuzov panellərinin birləşdirilməsinə 300 saat vaxt sərf ediblər. 550 saat isə kuzovun cilalanmasına və boyanmasına sərf edilib. Btün bu əməliyyatlar Velocity Restorations mütəxəssisləri tərəfindən əl ilə görülübdür. Ən çox zaman isə ofrouderin yenidən yığılmasına sərf edilib. Mütəxəssislər asqının lift-dəstini, yeni salonu, elektrik naqillərini və yeni cihazları quraşdırıblar.

Ford Bronco restomodunun güc aqreqatı Ford Racing ailəsindən olan 5,0-litrlik V8 mühərrikindən ibarətdir. Güc aqreqatı dörd pilləli avtomatik transmissiya ilə tandemdə çalışır.

Ofrouder gücləndirilmiş Dana 44 körpüləri, xüsusi buraxılış sistemi, müasir ön fənərlər və Wilwood əyləc mexanizmləri ilə təchiz edilir. Avtomobilin bərpa prosesi müştərinin məlumatlandırılması məqsədi ilə hər həftə sənədləşdirilib. Bundan əlavə, ehtiyat hissələrinin və görülən işlərin fotoşəkilləri də sənədlərə əlavə edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt