İtaliyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə İCE - İtaliya Ticarət Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşlığı ilə “VI Beynəlxalq İtaliya mətbəxi həftəsi” təqdim olunub. Bakıda fəaliyyət göstərən italyan restoranlarında çalışan italyan aşpazlar öz məharətlərini və xüsusi yeməklərin hazırlanması üsullarını nümayiş etdirərək, onların dequstasiyasını təşkil ediblər.

Media üçün təqdimat mərasimi Four Season Hotel Bakı mehmanxanasının Caspi restoranında keçirilib. Media nümayənədləri üçün təşkil olunmuş mətbuat konfransda çıxış edən italyalı aşpaz Heinz Beck ilk dəfə azərbaycanlı qurmanlar üçün Bakıda özəl yemək və desertləri hazırladığını söyləyib: 

“Bu mənim Azərbaycana ilk gəlişimdir və şadam ki məni dəvət ediblər. Ölkənizi və şəhərizi çox bəyəndim. Dünən Azərbaycanın İlk Kulinariya mərkəzi olan CASA mərkəzində master-klass keçirdim, bu gün isə Four Seasons otelində keçirilən master-klassda çıxış edəcəyəm.  

italyalı aşpaz Heinz Beck

Bu gün çox gözəl və müasir desert hazırlayacam. Desert şokolad kremi berqamot çayı ilə hazırlanır, üzəri isə nar kürəsi ilə dekor olunur. Hazırda İtaliyada nar mövsümüdür.İtaliyada nar “uğur gətirən meyvə” simvolunu daşıyır və əlbəttə ki, uğur hər kəsə lazımdır. Nar həmdə Azərbaycanda simvoldur, ona görə nardan gözəl bir şirniyyat hazırlayacağıq”.

Jurnalistlərin suallarına cavab verən cənab Beck, əlavə edib ki, italyan mətbəxi çox geniş şaxəlidir, pizza və spagetti isə bu məxtbəxin çox kiçik, amma dünyada çox populyar olan hissəsidir. Bununla belə, Heinz Beck italyan mətbəxinin çoxlu sayda milli yeməklər və hər zaman aşpazların yaratdıqaları yeni təam növləri ilə zəngin olduğunu qeyd edib.

İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri

Təqdimatda çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri öz müraiciətində “Bizim üçün mətbəx - həyat tərzi, mədəniyyət, keyfiyyət və həzzdir. Cənab Beckin hazırladığı təamlar yeni və özəldir, ancaq onların ideaysı ənənələrə dayanır. Ümid edirəm ki, Bakıda növbəti tədbirimiz olacaq və sizlər bizim yüksək səviyyəli mətbəximiz ilə daha yaxından tanış ola biləcəksiniz. 

Hazırda gördüyünüz desert fərqli üsulla hazırlanıb və başqadır. Amma onun üzərini bəzəmək üçün istifadə ediləcək nar Azərbaycan məhsuludur.”– səfir qeyd edib.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü, aşpaz Mirmövsüm Dadaşovun söylədiyinə görə, İtalyan Mətbəxi Həftəsində yerli aşpazlar üçün master-klass təşkil olunur. Bu tədbir zamanı “Qarabağ plovu”, “Heyva dolması” və “Badımcan döymə salatı”nın hazırlama üsulları ilə bölüşülüb. Azərbaycan mətbəxi 381 çeşid dolmaları ilə bütün dünyada məşhurdur. 

İtalyan aşpazı Heinz Beck tərəfindən hazırlanan desert iştirakçılar tərəfindən dequstasiya olundu, dadı, tərkibi və görünüşü yüksək qiymətləndirildi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt