Formula 1, FIA WEC, Super Formula, Super GT-in sabiq pilotu və eləcə də Formula E mərhələsinin stuardı olmuş Vitantino Liuzzi bu dəfə Formula 1-də Böyük Britaniya Qran Prisinin üçüncü stüardı vəzifəsini icra edəcək. Onunla birgə yarışların mübahisəli məqamlarına aydınlıq gətirmək üçün Beynəlxalq FİA Şurasının üzvü Qari Konelli və DTM-nin stüardı Feliks Xolterdə F1-ə dəvət alıb.

Xatırladaq ki, cari ilin stüardları siyahısında Vitantino Luizzi ilə bərabər, Denni Sallivan (Avstraliya və İspaniya), Emanuele Pirro (Bəhreyn və Kanada), Mika Salo (Bakı və Monako), Derek Uorik (Çin), Yannik Dalmas (Fransa), Tom Kristensen də (Avstriya) var.