Volkswagen şirkəti Transporter T6.1 furqonunun yeni versiyasının eksteryer şəkillərini dərc edib. Sportline indeksini alan yeni furqon hündürlüyü azaldılmış asqı və Golf GTI üslubunda hazırlanmış kuzov dəsti ilə təchiz olunur.

İdman versiyası əsasını Highline təchizat səviyyəsinə malik olan klassik furqon təşkil edir. Transporter Sportline modeli, yan ətəkləri, damdakı spoylerini və hava girişlərini təqlid edən yeni aqressiv bamperi özündə birləşdirən aerodinamik kuzov dəstini alıb. Furqon orijinal 18-düymlük təkər diskləri ilə yanaşı, Golf GTI modelini xatırladan nazik qırmızı xətt olan iri radiator barmaqlığı ilə təchiz olunub.

Daha yaxşı idarəetməni təmin etmək üçün, mühəndislər Transporter furqonuna klirensi 30 millimetr azaltmağa imkan verən idman asqısını quraşdırıblar. Volkswagen furqonun interyer şəkillərini dərc etməyib. Bununla belə, Transporter Sportline nappa dərisi və alkantara ilə üzlənmiş yeni oturacaqları, rəqəmsal cihazlar panelini, klimat-kontrol sistemini, Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən və sensorlu ekranı olan multimedia sistemini əldə edəcəyi məlumdur.

Eksteryerdəki GTI elementlərinə baxmayaraq, idman furqonu 204 at qüvvəli 2,0-litrlik dizel mühərriki və yeddi pilləli DSG “robotu” ilə təchiz ediləcəkdir. Mütəxəssislərin fikrincə, Transporter Sportline ilk “yüzlüyə” 8,9 saniyəyə sürətlənəcəkdir.

İdman furqonu standart və uzadılmış təkər bazası ilə təklif ediləcəkdir. Böyük britaniyada Volswagen Transporter Sportline modeli 42,940 funt-sterlinqdən başlayan qiymətlərlə satılacaqdır. Bundan əlavə, idman furqonunu eksteryer və interyerin tünd rəngli tərtibatı olan Black Edition versiyasını da əldə etmək mümükün olacaqdır. Belə Transporter furqonun nın qiyməti 49.450 funt sterlinq olacaqdır.