Volkswagen şirkəti Çin bazarı üçün nəzərdə tutulmuş Tayron X adlı kupe-krossoveri təqdim etməyə hazırlaşır. Yeni krossover isə Tiguan modelindən iri olan kupeşəkilli krossoverdir.

Məlum olduğu kimi, alman markası artıq Çin bazarında Tayron modelinin standart kuzova malik olan versiyasını təklif edir, indi isə bu ailə ikinci üzvünə qovuşur. Hər iki krossover MQB platformasında inşa edilib və 180 və 220 at qüvvəsində gücə malik olan 2,0-litrlik TSI mühərriki ilə təchiz edilir. Güc aqreqatları yeddi pilləli DSG "robotu" ilə tandemdə çalışırlar. Krossoveri ön və ya tam ötürmə ilə sifariş etmək olar.

Adi Tayron krossoveri ilə müqayisədə, X indeksinə malik olan kupe-kross 25 mm aşağı salınmış dam xəttinə sahibdir. Bundan başqa, Tayron X modeli digər arxa işıq texnikası, yeni dizayna və yalançı çıxış borularına malik olan arxa bamper ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt

İlkin olaraq, modelin təqdimatının aprel ayında işinə başlayacaq Pekin avtosalonunda keçiriləcəyi güman edilirdi. Lakin, koronavirusun yayılması səbəbi ilə, digər ictimai tədbirlər kimi, sərginin keçirilməsi də ləğv edilə bilər.

Kross-kupenin yerli bazardakı satışlarına 2020-ci ilin sonunda başlanacaqdır. İlkin olaraq, krossover öndənçəkişli modifikasiyada təklif ediləcəkdir. Tam ötürməli versiya isə, satışların başlanmasında müəyyən müddət keçdikdən sonra, bazara çıxarılacaqdır.