İkinci nəsil Volkswagen Amarok pikapının təqdimatı günü yaxınlaşdıqca, alman istehsalçısının kommersiya avtomobillərinə cavabdeh olan Commercial Vehicles bölməsi tizer kampaniyasının intensivliyini bir qədər artırmaq qərarına gəlib. Dünən bölmə yeni pikapın interyer elementlərini nümayiş etdirib, bu gün isə, diqqəti yenidən eksteryerə yönəldilib.

Alman istehsalçısı bizləri ikinci nəsil Amarok pikapının təkər diski və ön qanadının bir hissəsi ilə taniş etmək qərarına gəlib və müvafiq tizerləri dərc edib. Məlum məsələdir ki, Volkswagen dübarədən pikapın premium seqmentinə aid olduğunu xüsusi ilə vurğulayıb.

Добавить автора

İlk Amarok pikapını Volkswagen şirkəti müstəqil şəkildə (Mercedes-Benz şirkətinin bir sıra qurğularından istifadə etməklə) hazırlamışdı. Bununla belə, yeni nəsil Amarok pikapı faktiki olaraq Ford Ranger modelinin bir versiyası olacaqdır. Qeyd etmək gərəkdir ki, amerikan pikapı da 3,0-litrlik altısilindrli dizel mühərriki ilə təklif olunur.

Lakin Volkswagen şirkətinin öz pikapında başqa bir mühərriki quraşdırmaq seçimi də var. Almanların eyni iş həcminə malik olan dizel mühərriki var və çox güman ki, onlar bu mühərrikə üstünlük verəcəklər. Bundan başqa, alman istehsalçısı turbokompressorlu 3,0-litrlik V6 benzin mühərrikinə də malikdir.

Artıq baza təchizatında Amarok modelinin ön fənərləri işıqdiodlarından olacaqdır. Əlavə ödəniş qarşılığında onları bir çox minik avtomobilərində tətbiq edilən IQ.Light matrisa fənərləri ilə əvəz etmək olar. Bununla, Volkswagen pikapı 30 yaxın sürücü yardımçısı, rəqəmsal cihazlar paneli, 12-düymlük taçskrini olan multimedia sistemi və Harman Kardon premial səs sistemi ilə təchiz edərək, ona premium status vermək istəyir. Bundan başqa, pikap elektrik ötürməsi ilə 10 istiqamətdə tənzimlənən və dərilə üzlənmiş oturacaqlara malik olacaqdır.

Yeni Amarok 7 iyul tarixində debüt edəcək və cari ilin sonuna qədər satışa çıxacaqdır. Yeni Volkswagen Amarok modeli eyni platformanı bölüşdüyü Ford Ranger ilə birlikdə Pretoriya (CAR) şəhərinin yaxınlığındakı Ford zavodunda istehsal olunacaqdır. Bir müddətdən sonra, Ford və Volkswagen birlikdə elektrik pikapları duetini yaradacaqlar. Bundan öncə, Ranger plagin hibridi işıq üzü görməlidir. 

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.