Volkswagen şirkəti Çikaqoda keçirilən avtosalonda Jetta modelinin «qaynar» modifikasiyası olan GLI indeksli sedanı nümayiş etdirib. Xatırladaq ki, yeni nəsil VW Jetta modelinin debütü keçən il baş tutub.

Sedan bu janrın ənənələrinə uyğun olaraq hazırlanıb. Onun kapotununaltında 230 at qüvvəsi hasil edən 2,0-litrlik TSI mühərriki yerləşir. Güc aqreqatı altı pilləli mexaniki və yaxud yeddi diapazonlu DSG «robotu» ilə təchiz edilir. Qeyd etmək lazımdır ki, VW Jetta GLI standart təchizatına özüqapanan differensial  da daxil edilib.

Jetta GLI modeli Golf R modelindən götürülmüş iri əyləc mexanizmləri ilə təchiz edilir. Adi Jetta modelindən fərqli olaraq, GLI indeksli sedanın arxa asqısı çoxqolludur. Başqa yay və amortizatorlar sayəsində sedanın klirensi 15 millimetr azaldılıbdır. Əlavə ödənişlə adaptiv amortizatorları da sifariş etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Zahiri cəhətdən Jetta GLI modelini ənənəvi qırmızı xətti olan radiator barmaqlığı, başqa bamperləri, 18-düymlük təkər diskləri, baqaj qapağının üzərindəki spoyler və səsboğucu sistemin iki yumru çıxış borusu ilə fərqlənir. Salonda isə yeni sükan çarxını, güxləndirilmiş dəstəyi olan oturacaqları və qırmızı dekor elementlərini görmək olar. Əlavə avadanlıq siyahısına virtual cihazlar paneli, dəri salon, ön oturacaqların havalandırılması və panoram tavan daxildir.

Bundan başqa, sedanın xüsusi 35th Anniversary Edition yubiley versiyası da olacaqdır. Bu model qara dekory və DCC asqısına malik olacaqdır. ABŞ bazarında VW Jetta GLI bu ilin yazından başlayaraq satılacaqdır. Bizim bazarda GLI modifikasiyası təklif edilmir.