Volkswagen şirkəti Nyu York avtosalonunda Atlas krossoverinin bazasında inşa etdiyi Basecamp konseptini nümayiş etdirəcəkdir. Bu konsept tamölçülü krossoverin zavod tüninq imkanlarını nümayiş etdirməlidir. Prototip çətinliklə gedilə bilən məkanlarda dağ velosipedləri sürməyi sevən şəxslərə ünvanlanıb.

Atlas Besecamp konsepti SEL Premium təchizat səviyyəli krossoverin bazasında yaradılıb. Avtomobilin kuzovunu tutqun-boz rəngə boyanıb və narıncı aksentlərlə bəzədilibdir. Konsept 17-düymlük yolsuzluq şinləri olan Fifteen52 Traverse MX Concept təkər diskləri ilə təchiz edilib. Atlas Basecamp konsepti üçün, xüsusi olaraq, Air Design aerodinamik kuzov dəstini hazırlanıb . Krossover H&R komponentlərindən istifadə edilməklə hazırlanmış 1,5-düymlük lift-kit ilə təchiz edilib. 

Krossoverin təchizatına damda quraşdırılan işıqdiodlarından «çilçıraq», baqaj bölməsi və velosipedlər üçün bərkitmə nöqtələri olan Hive EX ekspedisiya treyleri daxildir. Texniki cəhətdən avtomobil dəyişilməz qalıb. Atlas Basecamp 276 at qüvvəsi hasil edən 3,6-litrlik VR6 mühərriki, səkkiz pilləli avtomatik ötürmələr qutusu və 4Motion tam çəkiş sistemi ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt