Bu gün Volkswagen şirkəti Cenevrə avtosalonunda debütü gözlənilən “qaynar” T-Roc R modelinin ilk tizerini dərc edib. Bir müdət bundan öncə, alman istehsalçısı “qaynar” krossoverin Nüburqrinqin “Şimal ilgəyində” çəkilmiş video və foto görüntülərini dərc etmişdi.

«Qaynar» krossover tamamilə kamuflyaj örtüyü ilə örtülsə də, avtomobilin dörd çıxış borusu olan buraxılış sisteminə, iri hava girişləri olan ön bamperə və 19-düymlük təkər disklərinə sahib olacağı aydındır. 

Ehtimallara görə, VW T-Roc R modeli 310 at qüvvəsi hasil edən 2,0-litrlik dörd silindrli turbomühərrik ilə təchiz ediləcəkdir. Güc aqreqatı  yeddi pilləli DSG «robotu» və tam çəkiş sistemi ilə tandemdə çalışacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt