Hannoverdə keçirilən kommersiya nəqliyatının sərgisində Volkswagen şirkəti I.D.Buzz elektrik miniveninin yük variantını təqdim edib. Yeni model Cargo indeksinə və İ.D. ailəsində olan ən böyük yürüş ehtiyatına sahib olub.

Zahiri cəhətdən I.D.Buzz Cargo konsepti keçən ilki I.D.Buzz sərnişin prototipini xatırladır. Lakin, furqonun uzunluğu bir qədər fərqlidir: I.D.Buzz 4942 millimterlik uzunluğa malikdirsə, Cargo variantında bu rəqəm 5048 millimetr təşkil edir. İstehsalçı elektrik furqonunun 800 kiloqram yük daşıyacağını bildiribdir.

Furqon gücü 150 kVt (204 at qüvvəsi) təşkil edən elektromotorla hərəkətə gəlir. 48-111 kilovat-saatlıq batareyalar bloku I.D.Buzz Cargo modelini 550 kilometrlik yürüş ehtiyatı ilə təmin edir. Damda quraşdırılan günəş panellərindən qidalanan furqon daha 15 kilometr qət edə bilər.

Image alt Image alt Image alt

Prototip üç oturacaq və ID Pilot avtonom idarəetmə sistemi, 20-düymlük təkər diskləri, məlumat-əyləncə sisteminin displeyi rolunu oynayan planşet və tamamlanmış reallığı dəstəkləyən proyeksiya cihazlar paneli ilə təchiz edilir. 150 kilovat-saatlıq yükləmə qurğusundan istifadə edərək 15 dəqiqə ərzində 48 kilovat-saatlıq batareyanın 80 faizini bərpa etmək mümkündür. Konseptin maksimal sürəi 160 km/saatdır. 

İlkin məlumata görə, VW I.D.Buzz konseptinin seriya versiyası 2022-ci ildə işıq üzü görməlidir.