Volkswagen şirkəti Amsterdamda keçirilmiş xüsusi tədbirdə T-Cross modelini təqdim edib. Bu alman markasının model xəttində olan ən kiçik ölçülü krossoverdir.

MQB A0 modul platformasında inşa edilən avtomobilin qabarit uzunluğu 4107 millimetr, eni - 1750 millimetr, hündürlüyü isə 1558 millimetrdir. Krossoverin təkər bazası isə 2563 millimetr təşkil edir. Beləliklə, T-Cross Polo modelindən 54 millimetr uzun, 97 millimetr hündürdür. Hər iki modelin eni və təkər bazasının genişliyi eynidir.

Ön və arxa sərnişinlərin oturacaqları yol səthindən müvafiq olaraq 597 və 652 millimetr hündürlükdədir. Beləliklə, krossoverin sərnişinləri Polo hetçbekində olduğundan 10 santimetr daha hündürdə otururlar. Arxa cərgənin oturacaqlarını 14 santimetr irəliyə çəkmək olur. Nəticədə baqaj bölümündəki boş məkan 385 - 455 litr diapazonunda dəyişir. İkinci cərgənin oturacaqları qatlandıqdan sonra baqaj bölümünün həcmi 1281 litrə qədər artır. Uzun əşyaları daşımaq üçün ön sərnişin oturacağının kürək hissəsini də qatlamaq olar.

Bütün T-Cross modelləri öndən çəkişlidirlər. Modifikasiyasından asılı olaraq krossover beş və altı pilləli mexaniki qutu və ya yeddi pilləli iki muftalı robotla təchiz edilir.

Krossover 95 və 115 at qüvvəsi hasil edən iki 1,0-litrlik üç silindrli benzin turbomühərrikləri ilə təklif edilir. 115 at qüvvəli krossover 100 km/saat həddinə 9,9 saniyəyə sürətlənir və 183 km/saatlıq maksimal sürət həddinə malikdir. T-Cross modelinin mühərrik çeşidinə 150 at qüvvəsi təklif edən və silindrlərinin yarısı söndürülə bilən 1,5-litrlik dörd silindrli mühərrik də daxil edilibdir. Bu mühərrik yalnız DSG robotu ilə təchiz edilir. Tandem krossoveri 100 km/saat həddinə 7,8 saniyəyə sürətləndirir. Maksimal sürət - 220 km/saatdır. 

Bundan başqa, mühərrik siyahısında 1,6-litrlik 95 at qüvvəli dizel aqreqatı da vardır. Beş pilləli mexaniki qutu ilə tandemdə çalışan dizel krossoveri 100 km/saat həddinə 12,0 saniyəyə (robotla 12,4 saniyəyə) sürətləndirir. Dizel modifikasiyasının maksimal sürəti 180 (181) km/saatdır. 

Volkswagen T-Cross modelinin təchizatına işıqdiodlarından fənərlər, elektron cihazlar paneli, 8-düymlük ekranı və dörd USB-portu olan multimedia kompleksi, adaptiv kruiz-kontrol, smartfonların induksion doldurulması, səkkiz kanallı gücləndiricisi olan 300 vatlıq Beats səs sistemi, avtomatik uzaq işıqları, kor zonalara və hərəkət zolağına nəzarət sistemi, həmçinin öndən toqquşmaları xəbərdar edən sistem daxildir.

Almaniyada VW T-Cross 17,9 min avrodan başlayan qiymətlərlə satılacaqdır. Modelin buraxılışı markanın İspaniyadakı zavodunda yerləşdirələcəkdir. Hazırda bu zavodda Polo modeli yığılır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt